“Gefle”nin baş məşqçisi: “Qarabağ” zəif rəqib deyil”
27.07.2013 - 02:32
“Mən inanılmaz oyunçularımla fəxr edirəm və klub üçün tarixi qələbə əldə etdiyimiz üçün xobəxtəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının III təsnifat mərhələsində təmsilçimiz “Qarabağ”ın rəqibi “Gefle”nin baş məşqçisi Per Olsson deyib.
O, qitə miqyaslı klub turnirində, avqust 1-də Ağdam klubu ilə keçiriləcək oyunöncəsi fikirlərini bildirib: “Qarabağ yaxşı komandadır. Azərbaycan klubu zəif rəqib deyil. Futbolçularının çoxusu legionerdir və bir sıra beynəlxalq görüşlər keçirib”.
Qeyd edək ki, Tofiq Bəhramaov adına Respublika stadionunda baş tutacaq "Qarabağ" - "Gefle" matçı saat 21:00-da başlayacaq. Qarşılaşmanı isə fransalı referi Nikolas Rainvili idarə edəcək. Cavab oyunu isə bir həftə sonra – avqustun 8-də, İsveçdə keçiriləcək.

0
0