“Qarabağ”la oyunda əlimizdən gələni edəcəyik”
27.07.2013 - 03:03
“Qarabağ"ın Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi İsveç “Gefle”sinin hücumçusu Yakob Orlov iddialı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumçu Ağdam klubunun ölkəmizdə ən yaxşı komandalardan biri olduğunu vurğulayıb.
O bildirib ki, meydanda əlimizdən gələni edəcəyik: “Qarabağ” bir neçə dəfə avrokuboklarda iştirak edib. Mənə elə gəlir ki, rəqibimiz Azərbaycanda ən yaxşılardan biri hesab olunur. Əvvəlki komanda yoldaşlarım bu ölkədə olublar. Onlar səfər matçının bizim üçün asan keçməyəcəklərini bildiriblər. Lakin buna baxmayaraq, biz əlimizdən gələni edəcəyik. “Qarabağ"la qarşılaşmaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, "Qarabağ" - "Gefle" matçı avqustun 1-də saat 21:00-da başlayacaq. Oyunu isə fransalı referi Nikolas Rainvili idarə edəcək. Cavab oyunu isə bir həftə sonra – avqustun 8-də, İsveçdə keçiriləcək.

0
0