Ufuk Budak Avstriyada 60 dəqiqə oynadı - FOTO
27.07.2013 - 05:18
Milli komandamızın üzvü olan Ufuk Budakın komandası “Əskişəhərspor” Avstriyada təlim məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının təmsilçisi sözügedən ölkədə ikinci yoxlama oyununu keçirib.
İlk matçda son yerli çempion olan Vyana “Austriya”sını 3:1 hesablı ilə məğlub edən Ufukun komandası bu dəfə “Viner”lə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1. Oyunda Əskişəhər klubunun yeganə qoluna 75-ci dəqiqədə Hirsk imza atıb.
Yığmamızın müdafiəçisi Budak isə meydana start heyətdə daxil olub. 60-cı dəqiqədə baş məşqçi Ərtoğrul Sağlam onu digər futbolçu ilə əvəzləyib.
Qeyd edək ki, “Əskişəhərspor” Avstriyada daha 4 yoxlama oyunu keçirəcək.

0
0