Referimiz “İnter”i məğlub edən komandanın oyununu idarə edəcək
27.07.2013 - 05:38
Referimiz “İnter”i məğlub edən komandanın oyununu idarə edəcək
Azərbaycanlı hakim Anar Salmanov Avropa Liqasının II təsnifat mərhələsində təmsilçimiz “İnter”i turnirdən kənarlaşdırdığı “Tromse”nin oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, UEFA 32 yaşlı FİFA referimizə qitə miqyaslı klub turnirinin III təsnifat mərhələsində Norveçin “Alfheym” stadionunuda “Tromse” - “Differdanj” (Lüksemburq) matçını idarəçiliyini tapşırıb.

Görüş avqustun 1-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, “İnter” səfərdə “Tromse”yə 2:0 hesabı ilə uduzmuşdu. Bakıda keçirilən oyunda isə “bankirlər” rəqibini minimal hesabı ilə məğlub etsə də, növbəti mərhələyə keçə bilməmişdi.