Abışovun komandası üçün ispaniyalı hakim fit çalacaq
27.07.2013 - 05:55
Abışovun komandası üçün ispaniyalı hakim fit çalacaq
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Randers” - “Rubin” matçının baş hakimi bəlli olub. Apasport.az saytının məlumatına görə, millimizin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu Kazan klubunun Danimarka təmsilçisi ilə görüşünü ispaniyalı referi Fernando Teixeyra idarə edəcək.

Randers şəhərinin eyni adlı stadionunda keçiriləcək matç avqustun 1-də Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, “Rubin” qitə miqyaslı klub turnirinin II təsnifat mərhələsində Serbiyanın “Yaqodina” klubunu mübarizədən kənarlaşdırıb. Hər iki oyunda da tatarıstanlılar qələbə qazanıb – 3:2, 1:0.