Yığmamızın rəqibləri müəyyənləşdi
27.07.2013 - 09:05
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Qırğızıstanda keçiriləcək “Dostluq kuboku” turnirində yığmamızla birlikdə çıxış edəcək komandaların siyahısı açıqlanıb.
Avqustun 3-7-də baş tutacaq yarışda meydan sahibləri, Belarus və Tacikistan da qüvvəsini sınayacaq. 4 yığmanın dairəvi sistemlə mübarizə aparacağı turnir Bişkekdə keçiriləcək.
Avqustun 3-7-də baş tutacaq yarışda meydan sahibləri, Belarus və Tacikistan da qüvvəsini sınayacaq. 4 yığmanın dairəvi sistemlə mübarizə aparacağı turnir Bişkekdə keçiriləcək.
0
0