“Azarkeşlərin narazılıq etməyə haqqı var”
28.07.2013 - 23:42
“Xəzər Lənkəran” klubunun Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Hayfa “Makkabi”sinə 0:8 hesablı məğlubiyyəti hələ də müzakirə olunmaqdadı. Düzdü, qarşılaşmanın ertəsi günü “ağ-yaşıllar” 4 futbolçu ilə yollarını ayırdı və islahatların davam edəcəyi istisna deyil. Bundan sonra isə komandanın prezidenti Mais Mənsimov klubun rəsmi saytına qısa açıqlamasında aldıqları yenilginin üzücü olduğunu, uğursuz nəticəyə görə günahkarların aşkarlanıb cəzalanacağına işarə vurmuşdu.
Maraqlıdır, “Xəzər Lənkəran”ın böyük hesablı məğlubiyyətindən sonra klub rəhbərliyi hansı addımları atmağı düşünür? Artıq hansısa fəaliyyət planı formalaşıbmı? Apasport.az saytının əməkdaşı Mənsimovla qısa görüşündə bu və digər məqamlara aydınlıq gətirilməsini xahiş edib.
- Əvvəlcə, onu bildirmək lazımdır ki, istənilən halda bu məğlubiyyətə görə ən birinci cavabdeh rəhbərlikdir. Klubun uğuru rəhbərliyin uğuru olduğu kimi, problemi də bizim problemdir. Buna görə də, hazırkı vəziyyətdə bütün diqqət məhz bizə yönəlib, və bu normaldır. Əlbəttə, artıq nə edəcəyimiz müəyyən etmişik, müəyyən addımlar da artıq atılıb. Olduğumuz durum ciddi qərarlar tələb edir. Bu qərarlar qısa müddətdə verilməlidir, eyni zamanda, hər bir qərar düşünülməli və analiz olunmalıdı. Deyilən işlər klubun bütün strukturu tərəfindən mənim tam nəzarətim altında həyata keçiriləcək. Bu zərbəni yalnız biz öz üzərimizə götürürməliyik, və buna qüdrətimiz də çatır.
- Uğursuz nəticədən sonra nəzərlər rəhbərliyə yönəldiyi qədər, baş məşqçi Con Toşaka da yönəldi. Uelsli mütəxəssisin klubda qalıb işini davam etdirməsini necə dəyərləndirirsiniz?
- Dediyim kimi, bu vəziyyətdə hər bir qərar tez bir zamanda, lakin düşünülmüş şəkildə verilməlidi. Toşakın komandanın “sükanı arxası”nda qalması məhz bu qərarlardandır. İlk gündən bu təcrübəli mütəxəssisə tam etimadımızı göstəririk. Onu istefasını qəbul etməməyimizin əsas səbəbi budur. Toşak özü də artıq müəyyən məsələlərə aydınlıq gətirib. Baş məşqçi bizim fəaliyyətimizin əsas tərkib hissəsidir. Problemləri onunla birlikdə aradan qaldıracağıq.
- Məğlubiyyətdən ən çox üzülən “Xəzər Lənkəran”ın tərəfdarları oldu. Rəhbərliklə azarkeşlər arasında münasibətlərin səviyyəsi barədə nə düşünürsünüz?
- Azarkeşlər “Xəzər Lənkəran”ın fəxridir. Onların inamı və dəstəyi bizim üçün çox vacibdir. Yaranan durumdan ən çox narazılıq etməyə də ən çox onların haqqı var. Lakin bir vacib məqama diqqət yetirmək lazımdır. Azarkeş böyük kütlədir və təəssüf ki, bu kütləni öz məqsədləri üçün idarə etməyə çalışanlar var. Dəfələrlə şahidi olmuşuq ki, klubun hər hansı bir uğursuzluğundan sonra bəzi mətbuat orqanları vasitəsilə azarkeşləri rəhbərliyə qarşı yönəltmək istəyənlər tapılır. Hətta idman motivləri ilə kifayətlənməyənlər də var. Son günlər baş verənlər də belə şəxslər üçün növbəti fürsət yaratdı. Amma reallıq budur ki, rəhbərlik və azarkeş eyni istiqamətdə düşünür və eyni məqsədlə yaşayır. Bizim hər birimizi “Xəzər Lənkəran”ın rifahı maraqlandırır. Əgər iki tərəfi birləşdirən ali məqsəd varsa, xırda məqsədlərə yaşayanlar burada çox acizdir.

0
0