Fəridlə Murad əvvəlcə Subaşiçlə, sonra Popoviç və Nduka ilə qarşılaşacaq
29.07.2013 - 00:03
Azərbaycanlı futbolçular - Fərid Quliyev və Murad Axundzadənin heyətində çıxış etdiyi “Kahramanmaraşspor” hazırlıqlarını Boluda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Türkiyə I liqa klubu sözügedən şəhərdə 4 komanda ilə yoldaşlıq keçirəcək.
Artıq təmsilçilərimizin rəqibləri də müəyyənləşib. Belə ki, “Kahramanmaraşspor” avqustun 1-də millimizin hücumçusu Branimir Subaşiçin formasını geyindiyi “Orduspor”la, 3-də “Ünyespor”la, 5-də yığmamızın digər üzvü Andrey Popoviç və Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor”la və 11-də isə “Qaziantep Büyükşəhir Bələdiyəspor”la qarşılaşacaq.
Qeyd edək ki, Fərid Quliyev və Murad Axundzadənin komandası Türkiyə PTT I liqasının 2013-2014 mövsümünün ilk matç günündə azərbaycanlı futbolçu Ramal Hüseynovun klubu “Bucaspor”la üz-üzə gələcək. İlk oyunlar isə 17, 18 və 19 avqustda keçiriləcək.

0
0