Ərtoğrul Sağlam müdafiəçimizə şans vermədi
29.07.2013 - 00:42
Ərtoğrul Sağlam müdafiəçimizə şans vermədi
Milli komandamızın üzvü olan Ufuk Budakın komandası “Əskişəhərspor” Avstriyada təlim məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Türkiyə Superliqasının təmsilçisi sözügedən ölkədə üçüncü yoxlama oyununu keçirib.

Son yerli çempion olan Vyana “Austriya”sını məğlub (3:1) edib, Viner”lə (1:1) bərabərə qalan Ufukun komandası bu dəfə “Kasımpaşa” ilə üz-üzə gəlib. Qarşılaşmada Əskişəhər klubu minimal hesabla uduzub.

Daha əvvəl iki oyunda meydanda forma geyinən Ufuka bu dəfə baş məşqçi Ərtoğrul Sağlam şans verməyib.

Qeyd edək ki, “Əskişəhərspor” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək.