5-ci kubok
29.07.2013 - 08:00
5-ci kubok
Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsinin (KONKAKAF) ən güclü komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, KONKAKAF “Qızıl kuboku”nun qalibi ABŞ yığması olub. Onlar finalda Panama millisini 1:0 hesabı ilə məğlub edib. Həlledici qolu 69-cu dəqiqədə Brek Şi vurub.

Bununla da ABŞ yığması tarixində 5-ci dəfə turnirin qalibi olub. 1991, 2002, 2005 və 2007-ci illərdə də çempion titulunu qazanan yığma bununla da 2017-ci ildə keçiriləcək Konfederasiyalar kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb. Belə ki, 2017-ci il iyunun 10-25-də Rusiyada baş tutacaq yarışda KONKAKAF-ı təmsil etmək üçün “Qızıl kubok”un 2 qalibi – ABŞ və 2015-ci ildə titula yiyələnəcək komanda arasında pley-off görüşü baş tutacaq.