Fransalı müdafiəçi: Azərbaycanda mənə çox pul verirdilər
29.07.2013 - 08:27
“Bu yay Azərbaycandan təklif almışdım. Onlar mənə çox pul verirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Fransanın “Nansi” klubunda baxışda olan Romen Elli deyib.
Son komandası Bolqarıstan “Levski”si olan 28 yaşlı müdafiəçi ölkə xaricindən aldığı təkliflərə baxmayaraq, vətəninə qayıtmağa üstünlük verib. Eli bunun səbəbini açıqlayıb: “Türkiyə klubları da məni sıralarında görmək istəyirdi. Lakin mən geri qayıtmağa qərar verdim. Çünki yoldaşım hamilədir. Övladımız dünyaya gələndə mənim də evdə olmağım yaxşıdır”.
Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstanda legioner həyatı yaşayan futbolçu bu ölkədə keçirdiyi 2012/13 mövsümündə 22 oyuna 2 qol vurub.

0
0