AZAL “Neftçi” önünə qələbə ilə çıxır
29.07.2013 - 09:27
Paytaxtda hazırlıqları davam etdirən AZAL dünən sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in Şüvəlan qəsəbəsindəki stadionunda keçirilən görüşdə rəqib “Qaradağ Lökbatan” olub.
AZAL-ın I dəstə təmsilçisinə 2:1 hesabı ilə qalib gəldiyi görüşdə qollar ilk yarıda vurulub. Bu oyunda baş məşqçi Vaqif Sadıqov çox sayda baxışda olan futbolçulara şans verib.
Qeyd edək ki, AZAL Premyer Liqada ilk oyununu avqustun 3-də “Neftçi”yə qarşı keçirəcək.

0
0