Yığmamızın ilk rəqibi bəlli oldu
29.07.2013 - 09:32
Yığmamızın ilk rəqibi bəlli oldu
17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı, yeri və hakimləri müəyyənləşib. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı gələn ay baş tutacaq qarşılaşmaların detallarını açıqlayıb.

Avqustun 2-dən 7-dək Polşada keçiriləcək VIII seçmə qrupda mübarizə aparacaq yığmamız meydan sahiblərindən başqa Avstriya və Qazaxıstanla görüşəcək. Millimiz ilk matçını avstriyalılarla keçirəcək. Bundan sonra polşalılarla üz-üzə gələcək Siyasət Əsgərovun yetirmələri son qarşılaşmada Qazaxıstanı sınağa çəkəcək. Oyunlarını 2 stadionda keçirəcək millimizin matçlarında 2 hakim fit çalacaq.

2 avqust
16:00. Avstriya – Azərbaycan
Baş hakim: Donka Jeleva-Terziyeva (Bolqarıstan)
Kedzierjin-Kozle. Kuzniçka stadionu

4 avqust
21:00. Polşa – Azərbaycan
Baş hakim: Donka Jeleva-Terziyeva (Bolqarıstan)
Brzeq. Mosir Brzeq stadionu

7 avqust
21:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Marianna Svendsen (Danimarka)
Kedzierjin-Kozle. Kuzniçka stadionu