“İnter” – “Qarabağ” oyunu təxirə salınmayacaq
29.07.2013 - 10:41
“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində çıxışı ilə əlaqədar Topaz Premyer Liqasının ilk turunda “İnter”lə matçı təxirə salınmayacaq. Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev apasport.az saytına açıqlamasında “Şəfa” stadionundakı matçın təqvimdə nəzərdə tutulduğu kimi avqustun 4-də keçiriləcəyini bildirib.
Bununla, 22-ci milli çempionat təxirəsalma olmadan start götürəcək: “Onsuz da biz ilk turu təxirə salmağı nəzərdə tutmamışdıq. Sadəcə, oyunun hansısa 1 gün əvvələ, yaxud sonraya salına bilərdi. Ancaq “Qarabağ” ilk turunun matçının vaxtının dəyişdirilməyi ilə bağlı müraciət etməyib”.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində İsveçin “Gefle” klubu ilə avqustun 1-də evdə, 8-də səfərdə qarşılaşacaq.

0
0