Aleksandr Əliyev Bakıya gəlir
29.07.2013 - 11:58
Aleksandr Əliyev Bakıya gəlir
Azərbaycan milli komandasının avqustun 14-də Malta yığması ilə yoldaşlıq görüşünü idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, millimizin saat 21:00-da "Bakcell Arena"da keçirəcəyi matçını Aleksandr Əliyevin başçılıq etdiyi qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Ona Əlibəy Aubəkirovla Sanjar İskakov yardımçı olacaq.

Mənbə: affa.az