“Qəbələ” və “Simurq” çox yaxşı rəqiblər idi”
29.07.2013 - 12:30
“Qəbələ” və “Simurq” çox yaxşı rəqiblər idi”
“Hazırlıqların ilk mərhələsindən fərqli, olduqca çox mühüm ikinci toplanış keçdik. Qarşılaşdığımız “Qəbələ” və “Simurq” toplanışın ikinci mərhələsi üçün çox yaxşı rəqiblər idi”. Apasport.az saytının məlumatına görə, bunu “Zalaeqerseq”in baş məşqçisi Şimon Antal deyib.

Macarıstanın I dəstə təmsilçisinin baş məşqçisi Avstriya toplanışını dəyərləndirib.

47 yaşlı çalışdırıcının fikrincə, “Qəbələ” və “Simurq”la görüşlər komandası üçün əla sınaq olub. Ancaq həmin matçlarda zədələnənlərin də olması təəssüf hissi ilə vurğulanıb: “Müdafiəçilərimiz Şimonfalvi ilə Koçiş, eləcə də Pal və Naci evə zədə ilə qayıtmalı oldu. Ümid edirəm ki, onlar tezliklə sağalıb sıralarımıza qoşulacaq. Ancaq Avstriyada olduğumuz 4 gün ərzində yaxşı şəraitdə məşq və oyun keçirdik, yaxşı oteldə qaldıq, qidalanma da əla idi”.

Qeyd edək ki, “Zalaeqerseq” qısa müddətli Avstriya toplanışı zamanı əvvəlcə iyulun 25-də “Qəbələ” (0:3), 27-də isə “Simurq”la (0:1) qarşılaşıb.