Erməniləri sevindirən hakim millimizin oyununda
29.07.2013 - 13:11
Azərbaycan və Malta milli komandaları arasında yoldaşlıq görüşü debütanta tapşırılıb. Apasport.az saytının məlumatına görə, avqustun 14-də Bakıda keçiriləcək matçı idarə edəcək qazaxıstanlı Aleksandr Əliyev bu ildən FİFA hakimi dərəcəsini daşıyır.
26 yaşı olan hakim beynəlxalq miqyasda 3 matçda iş başında olub. Belə ki, o, iyulun 2-də Çempionlar Liqasının I təsnifat mərhələsində “Şirak”la San Marinonun “Tre Penmne” klublarının Ermənistandakı oyununu idarə edib. Meydan sahiblərinin 3:0 hesabı ilə qalib gəldiyi matçda hərəyə 1 sarı vərəqə göstərən Əliyev qonaqların qapısına penalti təyin edib. Ermənilər məhz bundan istifadə edərək, hesabı açıb.
Aleksandrın beynəlxalq miqyasda debütü isə martın son 10 günlüyündə 17 yaşlılardan ibarət yığmalar arasında seçmə mərhələ oyunlarına təsadüf edib. Onda Əliyev Hollandiyanın Şimali İrlandiya və Norveç yığmaları ilə müvafiq olaraq 2:2 və 1:1 hesabı ilə nəticələnən matçlarında baş hakim olub. Hollandların rəqibləri hərəyə 2 dəfə sarı vərəqə ilə cəzalanıb.

0
0