Erməni futbolçu: Əgər “Skenderbeu” “Neftçi”ni keçibsə...
29.07.2013 - 13:50
Erməni futbolçu: Əgər “Skenderbeu” “Neftçi”ni keçibsə...
“İndi onu deyə bilərəm ki, bizi güclü rəqiblə oyunlar gözləyir. Əgər albaniyalılar “Neftçi”ni keçibsə, deməli, zəif komanda deyillər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ermənistan millisinin futbolçusu Qevorq Kazaryan deyib.

Hücumçu bu ildən şərəfini qoruduğu Qazaxıstanın “Şaxtyor” klubunun heyətində Çempionlar Liqasının III təsnifat mərhələsində Albaniya təmsilçisi “Skenderbeu” ilə qarşıdakı oyunlardakı şanslarından danışıb.

Qevorq Albaniya çempionunun əlavə vaxtda qalib gəldiyi “Neftçi” ilə sınaqda yaxşı təsir bağışladığını düşünür: “Burada hansısa təsadüfi qələbə haqda danışmaq mənasızdır. Futbolda təsadüflər olmur. Hələ şansları demək asan deyil. Yalnız ilk oyundan sonra aydınlaşa bilər”.