“Xəzər Lənkəran” məndən inciməsin...”
29.07.2013 - 16:11
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Növbəti çempionatın startına az qalmış idman jurnalistlərinin birgə bəyanatında oyunlar zamanı mühafizə məsələləri ilə bağlı ciddi qüsurların olduğu və buna etirazla bağlı fikirlər səsləndirildi. Sizin bu məsələ ilə bağlı mövqeyiniz necədir?
- Bəyanatdan hələ 2 ay öncə mətbuat konfransında demişdim ki, növbəti çempionatda hakimlərin, futbolçuların, məşqçilərin olduğu yerdə heç bir klubun mühafizəçisi olmayacaq. Jurnalistə mane olmağa heç kimin ixtiyarı yoxdur. Əgər onlar bizə diqqət, vaxt ayırıb oyunlara gəlirsə, təmənnasız yazılarsa, futbolu reklam edirlərsə, onlara şərait yaratmaqdansa, mane ola bilmərik.
- Jurnalist – mühafizəçi münasibətlərində günah daha çox kimdə olur? Öz mühafizəçilərinizə media ilə necə davranmağı tövsiyə edirsiniz?
- Mən öz iş prinsipimdən danışa bilərəm. Çox oyunlarda, mətbuat konfransı keçirilən yerdə bizim mühafizə xidmətinin işçiləri olur. Onların hər birinə tapşırıq verilir ki, hər hansı bir jurnalistin üstündə biz tərəfdən verilən vəsiqə varsa, hökmən içəri keçə bilər. Yox, əgər tanıdığınız jurnalist olsa belə, akkreditasiya üstündə deyilsə, onda buraxılmır. Çünki ola bilər ki, həmin jurnalist hər hansı qeyri-qanun sual verir, yaraşmayan hərəkət edir və işlədiyi qurumdan artıq uzaqlaşdırılıb. Bunu mühafizəçi bilə bilməz. Bunun üçün vəsiqə üstündə olmalıdır ki, mətbuat konfransına daxil ola bilsin. Jurnalistlərin özündən söhbət gedirsə, onlar bir-birindən fərqlənir.
- Nədə?
- Elələri var ki, adam saatlarla onunla danışmaq, dərdini bölüşmək istəyir. Belə insanlarla söhbətləşəndə, yaxşılığa doğru, işin xeyri üçün bir şey “oğurlayırsan”.
- Bəs digər jurnalistlər?
- Elələri də var ki... Mən onlara jurnalist kimi baxmıram, qiymət vermirəm. Elə insanların nə yazısını oxuyuram, nə də salamını alıb, salam verirəm. Əsl jurnalistin PFL tərəfindən verilən akkreditasiyası, işlədiyi qurumun vəsiqəsi olar. Ancaq bəziləri... Bu gün baxıram ki, 60 jurnalist qeydiyyatla bağlı müraciət edib. Belə qərar verdik ki, kim işlədiyi təşkilatın rəhbərinin imzası, möhürü ilə vəsiqəsini bizə təqdim eləməsə, o, akkreditasiya ala bilməyəcək.
- Artıq bu həftə növbəti çempionat başlayır. Startdan, ümumiyyətlə, 1 ilə yaxın davam edən uzun marafondan nə gözləyirsiniz?
- Bildiyiniz kimi, çempionatda reqlamentdə dəyişiklik edildi. 10 komandalı 4 dövrədən ibarət çempionat keçiriləcək. İnşallah, biz tərəfdən heç bir qanunsuzluq ola bilməz. Çalışacağıq ki, çempionat daha maraqlı olsun. Gərgin olmağına sevinərəm, qoy, belə olsun. Ağır oyunlar olacaq, bunun tərəfdarıyam. Çünki artıq “altılıq” yox, “onluq” sistemidir. Ola bilər ki, ilk dövrədə zəif oynayan komanda qışda transferlər edib, heyətini gücləndirər, Avropaya vəsiqə qazana bilər. Həm mətbuatdan, həm də bizə təqdim olunan iştirak ərizələrindən oxuyuruq ki, yaxşı futbolçular alıblar, yeni məşqçilər gəlib, yeni səslər, fikirlər olacaq. Bu il daha maraqlı, gərgin çempionat gözləyirəm.
- Siz ən azı 2 komandamızın Avropa miqyaslı turnirlərdə daha çox irəliləyəcəyini gözləyirdiniz. Ancaq 3-ü mübarizəni dayandıraraq, bütün ümidlərimiz “Qarabağ”a qaldı. İndiki vəziyyətə və ağdamlılar qrupa düşmək perspektivinə necə baxırsınız?
- Təbii ki, “Qarabağ”ın qrupa düşməyini arzulayırıq. Bu komanda gözəl oyun nümayiş etdirdi. Hərçənd, mən Polşa komandasından qorxurdum, ehtiyat edirdim. Ancaq sağ olsun Qurban Qurbanov və bütün oyunçular. Doğrudan da bunun öhdəsindən gözəl gəldilər. Digər 3 komandamızın oyununu canlı izlədim. Şəxsən məndə “İnter”in oyunu müsbət təsir bağışladı. Sadəcə, orda bəxt amili ortaya çıxdı. Dəfələrlə top dirəyə dəydi, qapıçı yüz faizli qol epizodlarında topu dəf etdi. Yəni qismət, alınmadı. “Xəzər Lənkəran” məndən inciməsin, oyununu bəyənmədim. Ancaq bu, o demək deyil ki, komanda gözdən düşməlidir. Azarkeşlər də inciməsin, futbolda hər şey ola bilər. Olmamalı idi, oldusa da, əksinə, bu vəziyyətdə futbolsevərlər dəstək olmalıdır. Yıxılanı qaldırmaq, əhval-ruhiyyəni yüksəltmək lazımdır. Keçmişi unudub, gələcəklə yaşamalısan. İnşallah, yeni gələn baş məşqçi Con Toşakın özünü doğruldacağına inanıram. Mənə elə gəlir, o, gələn il Avropa kuboklarında öz günahını yuyacaq.
- Bəs “Neftçi”nin Çempionlar Liqasında uğursuzluğunu necə dəyərləndirərdiniz?
- Deyim sizə ki, “Neftçi” albaniyalılardan zəif oynadı, yox. Əksinə, həmin matçda güclü oynadı. Sadəcə, 1-2 futbolçunu çıxmaq şərti ilə. Mən demişdim ki, baş məşqçi Böyükağa Hacıyevin səhvi idi. O, gərək həmin futbolçuları görüb, əvəzləyərdi. Məşqçi futbolçunu dəyişməyi bacarmalıdır. Təəssüf ki, Hacıyev bunu edə bilmədi. Minimum 2 futbolçu yüzdə yüz ilk hissədə dəyişilməli idi. Ancaq axıra kimi hər futbolçuya şans verdi. Niyə bunu etməlidir ki?

0
0