“Naxçıvanda 6 klub yaratmaq mümkün deyil”
29.07.2013 - 16:46
Azərbaycan çempionatında I divizionun növbəti mövsümünün başlanma tarixi müəyyənləşib. Bu haqda apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti (PFL) Ramin Musayev məlumat verib. Mübarizəyə sentyabrın 13-də start veriləcəyini bildirən Musayevin sözlərinə görə, sentyabrın əvvəllərində püşkatma mərasimi olacaq.
“I divizion klublarının hazırlığına nəzər salıram. Xaricdə təlim-məşq toplanışında olanlar var. Məsələn, “Neftçala”nın yenə Türkiyəyə təlim-məşq toplanışına gedəcəyini eşitmişəm. “Lokomotiv”lə “Qaradağ Lökbatan”ın iddialı hazırlaşmasından xəbərim var. “Şəmkir”də hazırlıq gedir. “Turan” isə artıq məşqlərə başlayıb” – deyə, PFL rəhbəri bildirib.
“Araz”ın I divizionda çıxışı ilə əlaqədar bəzi klublar Naxçıvana gedib-gəlməklə bağlı çətinliklərinin olduğunu rəsmi məktubla PFL-ə çatdırıb. O, avqustun 14-də İcraiyyə Komitəsinin iclasında Naxçıvan təmsilçisinin taleyinə baxılacağını söyləyib: “Yəqin ki, həmin toplantıda hansısa qərar qəbul olunacaq. Naxçıvanda klublarla sıx əlaqəmiz var. “Araz” rəhbərliyi ilə söhbətləşdik. Belə başa düşdüm ki, Naxçıvanda 6 klub yaratmaq mümkün deyil”.

0
0