Çempionatımızda oynamış afrikalı ABŞ-da
29.07.2013 - 17:55
Çempionatımızda oynamış afrikalı ABŞ-da
Syerra-Leone millisinin üzvü olan Şerif Suma karyerasını ABŞ-da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Avilo” ləqəbli 26 yaşlı sol cinah futbolçusu hazırda okeanın o tayında “Di Si Yunayted” klubunda baxışdadır.

Qeyd edək ki, Suma bu ilin qışına kimi “Rəvan”ın şərəfini qoruyurdu. Afrikalı futbolçu 6 aydır ki, klubsuzdur.