Cihan Özkaranın sabiq komanda yoldaşı “Beşiktaş”da
29.07.2013 - 18:50
Cihan Özkaranın sabiq komanda yoldaşı “Beşiktaş”da
Millimizin üzvü Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor”un sabiq hücumçusu Maykl Eneramonun yeni komandası bəlli olub. Apasport.az saytının məlumatına görə, nigeriyalı futbolçu “Beşiktaş”la 2 illik rəsmi müqavilə imzalayıb.

28 forvard İstanbul klubunda illik 1 milyon 200 min avro maaş alacaq. Bundan başqa, “Beşiktaş” ona hər oyuna üçün 10 min avro ödəyəcək.

Qeyd edək ki, Eneramo 2011-2013 mövsümündə “Sivasspor”un heyətində çıxış edib. O, 79 matçda 29 qol vurub.