Andrey Popoviç “Boluspor”a qarşı forma geyindi
29.07.2013 - 19:10
Andrey Popoviç “Boluspor”a qarşı forma geyindi
Yığmamızın qapıçısı Andrey Popoviç və müdafiəçi Usim Ndukanın şərəfini qoruduğu “Tavşanlı Linyitspor” Boluda yeni mövsüm hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, PTT I liqa təmsilçisi sözügedən şəhərdə yoxlama oyununda qüvvəsini sınayıb.

“Tavşanlı Linyitspor”un rəqibi yerli “Boluspor” klubu olub. Görüşdə təmsilçilərimizin komandası 4:1 hesabı ilə qələbə qazanıb.

Bu görüşdə Popoviç ikinci hissədə meydana çıxıb.

Qeyd edək ki, “Tavşanlı Linyitspor” bu gün yığmamızın digər üzvü Branimir Subaşiçin formasını geyindiyi “Orduspor”la üz-üzə gələcək.