“Mançester Yunayted” Fabreqas üçün tərəddüd edir
29.07.2013 - 20:09
Bu gün “Mançester Yunayted”in baş məşqçi Devid Moyes mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, şotlandiyalı mütəxəssis “Barselona”nın yarımmüdafiəçisi Sesk Fabreqasın komandasına transfer olunması ilə bağlı xəbərlərə toxunub.
O, “qırmızı şeytanlar”ın təcrübəli futbolçunu yenidən Kataloniya klubundan istəmələrinə tərəddüd edir: “Fabreqas üçün yeni təklif edib-etməyəcəyimizi deyə bilmərəm. Hazırkı heyət ötən mövsüm ən yaxın izləyicisini 11 xal qabaqlayaraq, çempion olmuşdu. Onsuz da keyfiyyətli bir heyətimiz var. Lakin heç şübhə yox ki, dünya səviyyəsində olan oyunçuları komandaya gətirmək və bunu transfer pəncərəsi bağlanmadan reallaşdırmaq istəyirik”.
Qeyd edək ki, “Mançester Yunayted” Fabreqas üçün “Barselona”ya 2 dəfə transfer təklifi göndərib.

0
0