“Bakı”nın sabiq hücumçusu Türkiyə vətəndaşı olur
29.07.2013 - 21:06
“Bakı”nın sabiq hücumçusu Türkiyə vətəndaşı olur
10 gündür “Samsunspor”un düşərgəsində olan “Bakı”nın sabiq futbolçusu Jaba Türkiyə vətəndaşı ola bilər. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu bununla bağlı olaraq Samsun valisinə müraciət edəcək.

Əgər Samsun valisi braziliyalı oyunçunun müraciətinə müsbət cavab verərsə, onda Jaba “Samsunspor”la müqavilə imzalayıb, 2 ölkənin vətəndaşı olacaq.

Qeyd edək ki, Jaba “Bakı”ya 2009-cu ildə "Ankaragücü"ndən keçmişdi. O, vaxtilə “zolaqlılar”ın ən yüksəködənişli futbolçularından sayılıb. "Sambaçı" paytaxt klubunun heyətində Azərbaycan kubokunu qazanıb. Braziliyalı oyunçu “Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkovun gəlişindən sonra əsas heyətdə yerini itirib. Jaba 2012-ci ilin qış transfer pəncərəsində “Bakı”dan ayrılaraq “Antalyaspor”la müqavilə bağlayıb. Mövsümün sonunda isə müqaviləsi başa çatan braziliyalı “Samsunspor”