Millimizin Xorvatiya ilə oyununun vaxtı bilindi
03.08.2013 - 10:16
Millimizin Xorvatiya ilə oyununun vaxtı bilindi
19 yaşadək futbolçulardan ibarət yığmamızın Xorvatiya ilə yoldaşlıq oyununun vaxtına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri slavyanlarla avqustun 12-də qarşılaşacaq. Qarşılaşma paytaxt Zaqrebdə baş tutacaq.

Qeyd edək ki, U-19 bugündən Xorvatiyada hazırlıqlara başlayacaq. Seçmə mərhələyə hazırlaşan millimiz avqustun 13-dək bu şəhərdə toplanışda olacaq.