Tərlan Əhmədov AZAL-a “ilişdi”
03.08.2013 - 21:54
“Neftçi” klubunun məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 2013/14 mövsümünün ilk turunda AZAL üzərində qazanılan qələbəyə şərh verib. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı 4:1 hesablı qələbəyə baxmayaraq, bəzi çatışmazlıqların olduğunu bildirib: “Çempionlar Liqasındakı uğursuzluqdan sonra komanda öz imicini geri qaytarmalı, ilk oyunda qələbə qazanmalı idi. AZAL-ı yaxşı tanımırıq, oyununa bələd deyilik. Bizim oyunumuzda da çatışmazlıqlar var, xəttlərarası əlaqələr ürəkaçan deyil. Hər halda, qalib gəldik. Qələbəyə sevinirik”.
pfl.az
pfl.az
0
0