“Qarabağ”ın rəqibi qələbəni əldən verdi
05.08.2013 - 07:57
“Qarabağ”ın rəqibi qələbəni əldən verdi
Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Gefle” növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Qavle təmsilçisi İsveç çempionatının növbəti turunda “Atvidaberq”lə qarşılaşıb.

“Gefle” səfər matçından 1 xalla ayrılıb – 1:1. 53-cü dəqiqədə Mikael Dalberqin qolu ilə hesabı açan qonaqlar qələbəni son anda əldən veriblər. Belə ki, “Qarabağ”ın rəqibi yalnız 86-cı dəqiqədə penaltidən bərabərlik qolunu buraxıb.

Qeyd edək ki, 18 oyundan sonra hesabında 18 xal olan “Gefle” 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.