Vaqif Cavadov hamıdan çox çalışdı
03.09.2013 - 23:03
Vaqif Cavadov hamıdan çox çalışdı
“İnStat Football” şirkəti “İnter”in futbolçularının Topaz Premyer Liqasının V turunun “Simurq”la oyunundakı fiziki fəallığı haqqında məlumat tərtib edib. Apasport.az saytının xəbərinə görə, “bankirlər”in oyun ərzində ümumilikdə 119,5 km məsafə qət etdiyi müəyyənləşib.

Bu göstəricidə 1-ci yeri isə Vaqif Cavadov tutub. Onun yaxın izləyicisi makedoniyalı Slavço Georgiyevskidir. İlqar Ələkbərov isə bu siyahıda 3-cü yerdə qərarlaşıb.


1

Vaqif Cavadov

12453 m

2

Slavço Georgiyevski

11930 m

3

İlqar Ələkbərov

11912 m

4

Ruslan Əmircanov

11803 m

5

Matiya Şpiçiç

11498 m