“Beşiktaş” daha bir futbolçunu İstanbula gətirir
05.09.2013 - 04:34
“Beşiktaş” daha bir futbolçunu İstanbula gətirir
Yay transfer pəncərəsi açılandan bəri sol cinah müdafiəçisi axtaran Türkiyənin “Beşiktaş” klubu nəhayət ki, arzusuna çatıb. Apasport.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar” Braziliya təmsilçisi “Korintyians”ın futbolçusu Ramonu (Ramon de Moraes Motta) heyətinə qatıb.

Bu gün axşam saatlarında İstanbula gəlməsi gözlənilən 25 yaşlı braziliyalı “Beşiktaş”da 1 illik icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Ramon ötən mövsümü də “Flamenqo”da icarə əsasında keçirib və 25 oyunda 1 qol vurub.