“İquain bizə Kavanidən daha çox kömək edir”
26.09.2013 - 04:32
“Napoli”nin futbolçusu Lorenso İnsinye komanda yoldaşı Qonzalo İquain haqqında maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan 22 yaşlı hücumçu İquainlə klubdan bu yay ayrılan Edinson Kavanini müqayisə edib.
İnsinye argentinalı forvardın hazırda komandaya daha çox kömək etdiyini deyib: “Uruqvaylı Kavani həmişə qol vurmaq istəyirdi, amma İquain elə etmir. O, daha çox komanda üçün oynayır. O, çox səviyyəli futbolçudur və böyük klubdan ayrılaraq buraya gəlib. İquainin qolları ilə daha güclü komandaya çevrildik və o, hamıya yaxşı münasibət göstərir. Hazırda komandamızda hər şey yaxşıdır. Amma baş məşqçimizin məsləhətlərinə qulaq asıb daha çox çalışmalıyıq”.
Qeyd edək ki, “Napoli” bu yay klubdan ayrılaraq Fransanın PSJ klubuna transfer olunan hücumçusu Kavaninin əvəzinə “Real”dan İquaini heyətinə qatıb.

0
0