Mançini: “Kopenhagen”i zəif rəqib hesab etmirik
22.10.2013 - 21:02
“Kopenhagen”i zəif rəqib hesab etmirik. Rəqibiniz yaxşı müdafiə oluna bilən və meydanın hər yerində mübarizə aparan komandadır” Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Kopenhagen”lə oyun öncəsi bu gün İstanbulda təşkil olunan mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis Çempionlar Liqasının III turu çərçivəsində Danimarka klubu ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib.
Mançini rəqibin cərimə zərbələri və əks-hücumlarda təhlükəli olduğunu bildirib: “Hesab edirəm ki, qarşıdakı oyunlara ayrı-ayrı köklənməliyik. Rəqibimiz cərimə zərbələrində və əks-hücumlarda təhlükəli epizodlar yarada bilir. Əslində Çempionlar Liqasında zəif rəqib yoxdu. Fikrimcə, sabah bizim necə oyun göstərəcəyimiz və necə qələbə qazanacağımız hər şeydən önəmlidir. Demək olar ki, sabah meydana çıxaracağım start heyəti müəyyənləşdirmişəm. Sadəcə olaraq bəzi mövqelərdə hələ də qərar verə bilməmişəm. Zədəli olan sol cinah müdafiəçimiz Hakan Baltanı bu oyunda əvəz edəcək futbolçu ilə bağlı da hələ qərar verməmişəm”.
Təcrübəli çalışdırıcı azarkeşlərin oyun ərzində sabiq baş məşqçi Fatih Terimlə bağlı şüarlar səsləndirməsinin onu narahat etməyəcəyini də deyib: “Terim “Qalatasaray” üçün çox dəyərli bir baş məşqçidir. Azarkeşlərin stadionda onun adını söyləməsini normal hesab edirəm. Bu şüarlar məni narahat etmir”.
Qeyd edək ki, “Qalatasaray” – “Kopenhagen” qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

0
0