“Roma”nın hücumçusu sıradan çıxdı
22.10.2013 - 21:47
“Roma”nın hücumçusu sıradan çıxdı
“Roma”nın futbolçusu Cervinyo növbəti oyunlarda komandasına kömək edə bilməyəcək. Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Fildişi sahilli hücumçunun dizindən zədələnməsidir.

Son turdakı “Napoli” ilə oyunda zədələnən 26 yaşlı forvard iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Cervinyo bu yay 8 milyon avro qarşılığında İngiltərənin “Arsenal” klubundan “Roma”ya transfer olunub.