“Neftçi”də istefalar rəsmiləşdi
24.10.2013 - 16:08
“Neftçi”nin məşqçilər korpusu-Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib. “Neftçi” klubu istefa vermiş məşqçilərə gələcək fəaliyyətlərində uğurlar arzulayır.
Qeyd edək ki, Sadıqov Azərbaycan Superkubokunun “Xəzər Lənkəran”la oktyabrın 23-də baş tutan oyunundan (1:2) sonra məşqçilərin istefaya göndəriləcəyini açıqlamışdı.
Mənbə: neftchipfk.com
Qeyd edək ki, Sadıqov Azərbaycan Superkubokunun “Xəzər Lənkəran”la oktyabrın 23-də baş tutan oyunundan (1:2) sonra məşqçilərin istefaya göndəriləcəyini açıqlamışdı.
Mənbə: neftchipfk.com
0
0