“Neftçi” sabah yeni baş məşqçisinin adını açıqlayacaq
24.10.2013 - 16:25
“Neftçi” sabah yeni baş məşqçisinin adını açıqlayacaq
Məşqçilər korpusunu istefaya göndərən “Neftçi” yeni çalışdırıcısını sabah ictimaiyyətə təqdim edəcək. Apasport.az xəbər verir ki, artıq komandaya rəhbərlik edəcək şəxsin kimliyi də bəllidir. Əldə etdiyimiz məlumata görə, bu, millimizin məşqçisi Nazim Süleymanovdur.

Süleymanov bu gün əməkdaşımızla söhbət zamanı “Neftçi”nin “sükan”ı arxasına gələcəyi ilə bağlı xəbəri təkzib edib. Ancaq əslində, Nazim bəy hələ 2 ay öncə paytaxt klubu ilə anlaşıbmış. Sadəcə olaraq, millinin DÇ-2014-ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar onun təyinatı yubanıb.

Qeyd edək ki, Nazim Süleymanovun sabah “Neftçi”nin baş məşqçisi qismində ilk məşqini keçəcəyi gözlənilir.