Yenə Ağayev...
31.10.2013 - 15:15
Topaz Premyer Liqasının XII turunun mərkəzi oyununu idarə edəcək Əliyar Ağayev mövsümdə 10-cu dəfə baş hakim kimi meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, çempionatın ilk “üçlüy”ündə qərarlaşan “Qarabağ”la “Qəbələ”nin matçına təyinat alan FİFA referisi I dövrədə də bu komandaların görüşündə fit çalmışdı. Avqustun 25-də baş tutan görüşdə meydan sahiblərinə 3, “Qarabağ”a 4 sarı vərəqə verən Ağayev ağdamlıların minimal hesablı qələbəsinə şahid olmuşdu.
Ümumiyyətlə, 10-cu matçına çıxacaq referi 5-ci dəfə “Qəbələ”nin görüşünə təyinat alıb. O, əyalət təmsilçisinin “İnter” üzərində 2 (3:2 və 1:0), AZAL üzərində isə 1 (2:1) qələbəsinin şahidi olub. Ağayev Yuri Syominin yetirmələrinə 10, rəqiblərinə 15 sarı vərəqə verib. Referi 1 dəfə komandanın lehinə penalti qərarı verib. 1 dəfə isə 2 sarı vərəqə üzündən azlıqda qoyub.
“Qarabağ” isə Ağayevlə hər 2 oyununu qələbə ilə başa vurub. Ağdamlılar “Qəbələ”ni 1, “Bakı”nı 3 qolla keçib. Bu 2 matçda Qurban Qurbanovun yetirmələri 7, rəqibləri 5 sarı vərəqə alıb.
Qeyd edək ki, Ağayevin idarə etdiyi matçlarda 2 dəfə meydan sahibləri qalib gəlib. 2 dəfə heç-heçə olub, 5 dəfə isə qonaqlar 3 xala sevinib.

0
0