Yaşar Seyidov: O da yanlış xəbərdir, bu da
31.10.2013 - 15:57
“Bakı”nın hansısa futbolçuya 1 qəpik də borcu yoxdur. Klubun 2 ay oyunçularına maaş verməməsi haqda yazılanlar kökündən yanlış xəbərdir”. Bunu apasport.az saytına “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.
“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun klubla əlaqələrinin kəsildiyi, onun Latviyanın paytaxtı Riqaya getdiyi və orda şəxsi biznesini açdığı da “Bakı” ilə bağlı gəzən xəbərlər sırasındadır. Ancaq Seyidov bunu da təkzib etdi: “Bu da yanlış xəbərdir. Zeynal müəllim klubdakı fəaliyyətini davam etdirir. O, hazırda əvəzedici komandamızın “Simurq”la oyununa stadiondan baxır”.

0
0