“Xəzər Lənkəran” “Qəbələ” ilə görüşün hazırlığına başlayır
04.11.2013 - 17:48
“Xəzər Lənkəran” “Qəbələ” ilə görüşün hazırlığına başlayır
Bu gün keçirilən klubdaxili iclasdan sonra “Xəzər Lənkəran” Lənkərana yola düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda axşam məşqə çıxacaq və “Qəbələ” ilə oyunun hazırlığına start verəcək.

Qeyd edək ki, klubdaxili iclasda qeydə alınan son uğursuz nəticələr müzakirə olunub və rəhbərlik futbolçulardan qarşıdakı oyunlarda maksimum nəticələrin əldə olunmasını tələb edib.

“Xəzər Lənkəran” - “Qəbələ” matçı noyabrın 10-da olacaq.