Ançelotti “Qalatasaray”ı daha şanssız hesab edir
06.11.2013 - 05:10
Ançelotti “Qalatasaray”ı daha şanssız hesab edir
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Real” səfərdə “Yuventus” ilə 2:2 bərabərə qalıb. Apasport.az saytının məlumatına görə, matçdan oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verən Madrid klubunun baş məşqçisi Karlo Ançelotti komandasının çıxışını dəyərləndirib.

İtaliyalı mütəxəssis yetirmələrinin oyunundan razı qaldığını bildirib: “Göstərdiyimiz çıxışdan razı qaldım. İlk yarıda Poqba cə Marçisionu durdurmağa çalışdırdıq. Amma sonra bunu dəyiştirdik və komanda şəklində meydançanın hər yerində rəqibə pressinq tətbiq etməyə başladıq. “Yuventus” bu gün qapıya asmalarla hücum təşkil etmək istəyirdi. Ancaq Ramos onlara imkan vermədi. Qollarımızı Ronaldo və Beyl vurdu, amma Benzema da vura bilərdi. O, da Pirlonu dayandırmaqla məşğul idi. Bəlkə də yorğun olduğu üçün fərqlənə bilmədi”.

B qrupundakı vəziyyəti də dəyərləndirən Ançelotti “Qalatasaray”a nisbətə, “Yuventus”un mərhələ adlamaq şansının daha çox olduğunu deyib: “Kopenhagen” – “Qalatasaray” (1:0) qarşılaşmasını nəticəsinə nəzər yetirəndə “Yuventus”un qrupu ikinci yerdə başa vuracağını düşünürəm”