“Neftçi”nin oyununun vaxtı dəyişdirildi
06.11.2013 - 17:10
“Neftçi”nin oyununun vaxtı dəyişdirildi
Topaz Premyer Liqasının XIII turunun “Neftçi” – “Bakı” oyununun başlama vaxtı dəyişdirilib. Apasport.az saytının xəbərinə görə, canlı yayımla əlaqədar olaraq paytaxt derbisi bir saat gec – 18:00-da başlayacaq. Qarşılaşma "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, həmin gün saat 17:00-da “Xəzər Lənkəran” “Qəbələ” ilə qarşılaşacaq.