“Bakı”nın düşərgəsindən “Qızıl dubl” iddiası - FOTO
07.11.2013 - 16:35
“Qasıq nahiyəmdə olan yırtıqlar məni hələ ötən mövsümün sonlarından narahat edirdi. Ancaq Bakıda həkim diaqnostikasından keçməmişdim. Nəhayət, sonda İstanbulda müayinədən keçdim”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı”nın yarımmüdafiəçisi Mario Martines deyib.
Ötən ayın sonlarında Türkiyədə “Acıbadem Fulya Xəstəxanası İdman Sağlamlıq Mərkəzi”ndə ikitərəfli qasıq yırtığı diaqnozu ilə əməliyyat olunan ispaniyalı futbolçu hazırda doğulduğu Soriya şəhərində müayinə almaqla məşğuldur. Mario zədəsi və ölkəmizdəki oyun təcrübəsindən danışıb: “Fərdi şəkildə məşqlərə başlamağım üçün hələ 3 həftə dözməliyəm. Toplu şəkildə məşq etməyim üçün isə təxminən 1 ay gözləməliyəm. Yalnız dekabrda komandama kömək edə bilərəm. Azərbaycandakı oyun təcrübəm mənim üçün çox müsbət oldu. Atletik cəhətdən şadam. Hazırda belə fiziki problemlə üzləşdiyimə görə isə şikayətlənə bilmərəm“.
10 ilə yaxın İspaniyanın “Numansiya” klubunda çıxış etməsi ilə tanınan Mario Martines hazırda şərəfini qoruduğu komanda haqqında danışıb: “Bakı”nı bu mövsüm Milinko Pantiç çalışdırır. Komandamızda yaxşı ispaniyalı legionerlər var. “Osasuna” və Madrid “Real”ının sabiq müdafiəçisi Ruben Qonsales və “Xetafe”nin keçmiş arxa xətt oyunçusu Mario Abrante azarkeşlər tərəfindən yaxşı tanınır. Öz ölkəsindən olan oyunçularla bir yerdə olmaq mənim üçün çox önəmlidir”.
Sonda 28 yaşlı hücumameyilli yarımmüdafiəçi “Bakı”da karyerasını davam etdirmək istəyini dilə gətirib: “Bakı” ilə Azərbaycan çempionu olmaq və ölkə kubokunu qazanmaq istəyirəm. Bu klub çox ambisiyalıdır. Hazırda turnir cədvəlinin ortalarındayıq. Müqaviləm 2014-cü ilin iyununda başa çatır. Əgər onlar mənimlə əməkdaşlıqda maraqlı olsa, karyeramı bu klubda davam etdirmək istəyərəm. Baxaq, görək, necə olacaq. Hazırda isə məni qayğılandıran ən əsas məsələ zədədən sonra özümü necə göstərəcəyimdir”.
Qeyd edək ki, Mario “Bakı”ya ötən mövsümün qış fasiləsində Bojidar Bandoviç tərəfindən transfer olunub. O, təmsilçimizdən əvvəl Kiprin “Olimpiakos” klubunda ilk legioner həyatını yaşayıb.

0
0