“Xəzər Lənkəran” seçimini etdi
23.11.2013 - 15:16
“Xəzər Lənkəran” seçimini etdi
“Xəzər Lənkəran” Topaz Premyer Liqasında yaranacaq qış fasiləsində yenə Türkiyəyə yollanacaq. Apasport.az saytının xəbərinə görə, yanvarın ilk həftəsində Antalyaya yola düşəcək cənub təmsilçisi ayın sonunadək təlim-məşq toplantısı keçəcək. Komanda Antalya hazırlıqları zamanı “Ela Resort Quality Hotel”də qalacaq.

Xatırladaq ki, “ağ-yaşıllar” ötən il də həmin oteldə məskunlaşmışdı.