“Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib
25.11.2013 - 09:07
“Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib
Futzal üzrə UEFA kubokunda “Dördlər finalı”nın bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2014-cü ildə keçiriləcək həlledici mərhələdə mübarizə aparacaq Azərbaycan çempionu “Araz”ın rəqibləri bəlli olub.

Belə ki, elit-raundun başa çatmasından sonra qrup qalibləri növbəti mərhələyə yüksəliblər. D qrupunun qalibi olan Naxçıvan təmsilçisindən başqa, İspaniyanın “Barselona”, Rusiyanın “Dinamo” (Moskva) və Qazaxıstanın “Kayrat” klubları da UEFA kuboku uğrunda mübarizəni davam etdirəcək.

Qeyd edək ki, gələn ilin aprelində keçiriləcək “Dördlər finalı”na meydan sahibliyi edəcək komanda hələ müəyyənləşməyib.