“Bu, prezidentimiz üçün əlçatmaz görünür” - MÜSAHİBƏ
25.11.2013 - 09:40
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində keçirdiyi 3 oyunun hamısında qələbə qazanan “Araz” “Dördlər finalı”na yüksəlib. Karyerası ərzində artıq 2 dəfə UEFA kubokunu başı üzərinə qaldırmış təmsilçimizin braziliyalı hücumçusu Davi bunu yenə reallaşdırmaq istəyir. “Sportinq”lə oyundan (6:3) sonra apasport.az saytının Portuqaliyaya ezam olunmuş əməkdaşına müsahibə verən Davi komandamızın şanslarını dəyərləndirib.
- Görüşün bu cür çətin keçəcəyini gözləyirdinizmi?
- Bu mərhələdə asan oyun olmur. Yaxşı komandamız var. Uşaqlar yaxşı çıxış etdilər. Çünki matça yaxşı köklənmişdik. Hamımız qələbə haqda düşünürdük. Layiqli qələbə qazandıq. Artıq bunu unudub, növbəti mərhələyə hazırlaşmalıyıq. “Dördlər finalı”nda bizi daha çətin oyunlar gözləyir. Klub prezidenti UEFA kubokunu qazanmağımızı çox istəyir. Bu, onun üçün əlçatmaz görünür. Amma kuboku qazanmağa çalışacağıq. Bacardığımız qədər Azərbaycanı yüksək zirvələrə qaldıracağıq.
- Vaxtilə “Sportinq”in formasını geyinmisiz. Sabiq komandanıza qarşı oynamaq çətin deyildi? Üstəlik, bir vaxtlar sizi dəstəkləyən azarkeşlər bu gün meydana çıxan vaxt sizi fitə basdılar...
- Buna elə də əhəmiyyət vermirəm. Artıq bu cür hallara öyrəncəliyəm. “Benfika”dan “Sportinq”ə keçərkən də “Benfika”nın azarkeşləri bu cür edirdilər. Bunu normal qarşılamaq lazımdır. Bizim işimiz budur. Bu gün bu komandada, sabah başqa klubdayıq. Vacib olan meydana çıxan zaman formasını geyindiyin komandaya yardım etməkdir.
- “Araz” “Sportinq”i nəyin hesabına məğlub etdi?
- Çətin oyun idi. Bu gün əzmkarlıq hesabına qələbə qazandıq. Həm də bu qələbəni biz rəqibdən daha çox istəyirdik. Yaxşı hazırlaşmışdıq. Əziyyətimiz boşa getmədi.
- “Dördlər finalı”na yüksələn komandaların adlarını bilirsiniz. “Araz”ın şansını necə qiymətləndirirsiniz? Kuboku qazanmaq mümkün olacaqmı?
- Hər bir komandanın şansı 25 faizə bərabərdir. “Sportinq”lə oyunda sübut etdik ki, güclü komandamız var. Yaxşı hazırlaşmalıyıq. Əlbəttə, qalib olmaq şansımız var.
- “Dördlər finalı” ilk dəfə Bakıda keçirilə bilər. Bu, baş versə, bunu komandamız üçün üstünlük saymaq olarmı?
- Həlledici mərhələnin oyunları Bakıda keçirilsə, əla olar. Doğma meydan, azarkeş amili bizim xeyrimizə olacaq. İlk dəfə keçiriləcəyindən, Bakı üçün yaxşı hadisə ola bilər.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0