Auqusto Vyera: Əgər oyunlar Bakıda keçirilsə... - MÜSAHİBƏ
25.11.2013 - 10:25
Futzal üzrə Azərbaycan çempionu “Araz” dünən UEFA kubokunun elit-raund mərhələsinin III turunda Portuqaliyanın “Sportinq” klubunu məğlub edərək, “Dördlər finalı”lna vəsiqə qazandı. 6:3 hesablı qələbədən sonra yığmamızın “Araz”ın oyunçusu Auqusto Vyera apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Gərgin görüşlərdən sonra özünüzü necə hiss edirsiniz?
- Komanda yoldaşlarımla tanış olan zaman onların hər birinin adlı-sanlı futzalçılar olduğunu gördüm. Yəni bu futzalçıların əksəriyyəti Avropa və dünya çempionatlarında çıxış edib, güclü komandalarda oynayıblar. Baş məşqçimiz Joze Alesionun hazırlıq prosesi, ispaniyalı çalışdırıcının məşqləri, klub prezidentinin komandaya yaratdığı şərait və münasibətlə tanışlıqdan sonra əmin oldum ki, biz “Dördlər finalı”na yüksələcəyik. Çünki mehriban, bir məqsəd uğrunda səfərbər olmağı bacaran kollektivimiz var.
- “Sportinq”ə 6:3 hesabı ilə qalib gəldiyiniz matç barədə nə deyə bilərsiniz?
- Əvvəldən sona qədər üstün idik. Həm hesabda, həm də oyun planında. Düzdür, biz bu matçda əks-hücum taktikasını seçmişdik. Bu da bəhrəsini verdi. Artıq məşqçi kənarda qalmışdı. Nə etmək istədiyimizi gözümüzlə, müəyyən işarələrlə bir-birimizə çatdırırdıq. Həqiqətən çətin oyun oldu. Nəticəni yaxşı oyunla qazandıq.
- Baş məşqçinin seçdiyi taktikada ön planda siz dayanırdınız. Yəni, oyunu sizin üzərinizdə qurmuşdu. Daim müdafiəçilərin əhatəsində topu qəbul etmək çətin deyildi?
- Həqiqətən çətin idi. Ancaq etiraf edim ki, ətrafımda müdafiəçilərin olmasını xoşlayıram. Həm də komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki onlar mənə inandılar, bildirdilər ki, komandanı bu vəziyyətdən sən çıxaracaqsan.
- Bu sizin “Araz”da ilk rəsmi sınağınız idi. Yəni əvvəlki mərhələlərdə iştirak etməmişdiniz. Amma kənardan baxan zaman yeni olduğunuz hiss olunmurdu. Uyğunlaşma dövrünü belə tez keçməyiniz nə ilə bağlıdır?
- Burada özümü evimdəki kimi hiss edirəm. Mehriban kollektivimiz var və onlar mənim yeni gəldiyimi hiss etdirmədilər. Həm rəhbərliyə, həm də komanda yoldaşlarıma buna görə təşəkkür edirəm.
- Növbədə “Dördlər finalı” var. “Barselona”, Moskva “Dinamo”su və “Kayrat”ın da qatılacağı yarışda şansınız necədir?
- “Dördlər finalı”nda artıq bir dəfə iştirak etmişəm. “İberiya”nın heyətində oynayan vaxt həlledici mərhələyə Gürcüstan ev sahibliyi edirdi. Hazırkı komanda daha güclüdür. Heyət üzləri uzan zamandır bir yerdə çıxış edirlər. Kollektiv oyuna üstünlük verdiyimizə görə, kiminsə daha şanslı olduğunu iddia etmək olmaz.
- Oyunların Bakıda keçirilməsi ehtimalı reallaşsa, bu bizə nə verəcək?
- Əgər oyunlar Bakıda keçirilsə, digər rəqiblərimizə nisbətən bir qədər üstün olacağıq. Çünki doğma meydan amili hər zaman üstünlük qazandırır.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0