Lukaş Sapela: Qapıçı qorxsa, oyunu alınmaz - MÜSAHİBƏ
25.11.2013 - 14:03
“Rəvan” polşalı qapıçısı Lukaş Sapela Topaz Premyer Liqasının XIV turunun “Qarabağ”la görüşündən (0:0) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.
- Qarşılaşma barədə fikirlərinizi bildirərdiniz...
- Rəqib Azərbaycanın ən yaxşı klublarından biri idi. Bu komanda ilə oyuna 4 gün fiziki cəhətdən hazırlıq keçmişdik. Özüm qapıçılarla işləyən məşqçimizlə bu oyuna ciddi hazırlaşmışdım. Həmin hazırlıqların bəhrəsini gördük.
- Rəqib haqqında nə deyə bilərsiniz?
- “Qarabağ” taktiki-fiziki baxımdan güclü komandadır. Yaxşı baş məşqçisi, qapıçısı var. Bunu bizə baş məşqçimiz rəqibi təhlil edərkən demişdi. Sevindirici haldır ki, belə güclü rəqibdən xal almağı bacardıq.
- “Qarabağ”la Bayılda keçirdiyiniz görüşdə də məğlub olmamışdınız. Sizi lider komandaya qarşı hansı cəhət güclü edir?
- “Qarabağ” və “Qəbələ” hazırkı çempionatın güclü komandalarıdır. Bu komandalara qarşı xüsusi motivasiya ilə oyuna çıxmağa ehtiyac yoxdur. Düşünürəm ki, belə oyunlarda qarşılaşmalara həddindən artıq köklənmə bizim uğur qazanmağımıza səbəb olur.
- Sizi bu oyunun qəhrəmanı adlandırmaq olar?
- Olar (gülür).
- Mətbuat konfranslarından birində baş məşqçiniz Şahin Diniyev qışda 7 yeni oyunçuya ehtiyacının olduğunu, bunlardan birinin də qapı xətti ilə bağlı olduğunu bildirmişdi. Klubdakı yerinizi itirəcəyinizdən qorxmursunuz ki?
- Yox, bundan qətiyyən qorxmuram. Ümumiyyətlə, qapıçı qorxmamalı, əsəbi olmamalıdır. Belə olarsa, oyunu alınmaz. Qarşılaşma zamanı biz təmkinli olmalı, emosiyalarımıza nəzarət etməliyik. Əgər başında komandadakı dəyişikliklər varsa, onda sənin işin pis olacaq. Baş məşqçi heyətə yeni qapıçı gətirmək istəyirsə, deməli, əsas heyətdə rəqabət yaratmaq istəyir. Rəqabət isə peşəkar futbolçunun xeyrinədir.
Səbuhi TOFİQOĞLU

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0