Bu dəfə 9 vəsiqə!
25.11.2013 - 19:12
Sabah Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, bu həftə keçiriləcək qarşılaşmalar 1/8 finala 9 vəsiqənin sahibinin adına aydınlıq gətirə bilər. Bunun gerçəkləşəcəyi halda, son tur cəmi 3 xoşbəx komandanın adına aydınlıq gətirəcək.
İlk oyun günündə E, F, G və H qruplarında oyunlar keçiriləcək. Bu qruplarda baş tutan görüşlər son turu formallığa çevirə bilər. Belə ki, sabah 1/8 finala 6 vəsiqənin sahibinin müəyyənləşməsi mümkündür. İspaniya təmsilçiləri “Atletiko” ilə “Barselona” artıq bu vəzifənin öhdəsindən gəldiyindən VI turun heç bir əhəmiyyət kəsb etməməyi mümkündür.
E qrupunda mərhələ adlamaq üçün “Çelsi”yə 1 xal da kifayətdir. “Şalke”nin xal itirəcəyi halda, Joze Mourinyonun yetirmələri məğlubiyyətlə də bu vəsiqəni qazanacaq. İngiltərə təmsilçisi qalib gəlməklə, “Şalke”yə də şans yara bilər. Almaniyalılar bundan yararlanıb 3 xal qazanarsa, Helzenkirhen təmsilçisi də qrupdan çıxacaq.
F qrupunda həm “Arsenal”, həm də “Napoli” qalib gəlsə, hər 2 komanda növbəti mərhələyə yüksələcək. İngiltərə təmsilçisinə özünün qələbəsi də kifayət edə bilər. Bunun üçün digər matç “Borussiya” qalib gəlməməlidir. İtaliyalıların isə taleyi öz əlindədir. Qələbə onları 1/8 finala daşıyacaq. Belə olan halda isə “Arsenal”a 1 xal da yetərli olacaq.
“Atletiko”nun I yeri təmin etdiyi G qrupunda “Zenit”ə uduzması rusiyalıları 2-ci edə bilər. Bunun üçün “Porto” qalib gəlməməlidir. “Barselona”nın mərhələ adladığı H qrupunda isə “Ayaks”ın məğlubiyyəti “Milan” üçün 3 xalın həlledici olması anlamına gələcək.
Noyabrın 27-də baş tutacaq oyunlar da 1/8 finala vəsiqə baxımından həlledici ola bilər. A qrupunda isə yalnız 1 vəsiqə sahibinə qovuşa bilər. Bu daha çox “Mançester Yunayted” – “Bayer” oyunundan asılı olacaq. İngiltərə təmsilçisinə bunun üçün qələbə də kifayətdir. Almaniyalılar isə qələbə qazanmaqla yanaşı, “Şaxtyor”un istənilən xal itkisinə ümid etməlidir. Mançesterdəki heç-heçə meydan sahibləri üçün 1/8 finala vəsiqə gətirə bilər. Bunun üçün isə ukraynalılar uduzmalıdır.
Türkiyə “Qalatasaray”ının oynadığı B qrupunda isə İspaniya “Real”ının ardınca mərhələ adlayacaq 2-ci komanda son turda bilinəcək. C qrupunda PSJ uduzmasa istəyinə çatacaq. “Benfika”nın xal itkisi isə parisliləri məğlubiyyətlə də 1/8 finala daşıyacaq. Portuqaliyalıların uğursuzluğunu “Olimpiakos” da gözləyir. Çünki onların uduzmadı yunanıstanlıları da pley-offa aparır. D qrupunda isə hər 2 vəsiqə sahibi tapdığından artıq V tur da formal xarakter daşıyır.
Çempionlar Liqası
V tur
26 noyabr
E qrupu
23:45. “Bazel” (İsveçrə) - “Çelsi” (İngiltərə)
23:45. “Styaua” (Rumıniya) - “Şalke” (Almaniya)
F qrupu
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Napoli” (İtaliya)
23:45. “Arsenal” (İngiltərə) - “Marsel” (Fransa)
G qrupu
21:00. "Zenit" (Rusiya) - "Atletiko" (İspaniya)
23:45. "Porto" (Portuqaliya) - "Austriya" (Avstriya)
H qrupu
23:45. “Ayaks” (Hollandiya) - “Barselona” (İspaniya)
23:45. “Seltik” (Şotlandiya) - “Milan” (İtaliya)
27 noyabr
A qrupu
23:45. "Bayer" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "Şaxtyor" (Ukrayna) – "Real Sosyedad" (İspaniya)
B qrupu
23:45. “Real” (İspaniya) - “Qalatasaray” (Türkiyə)
23:45. “Yuventus” (İtaliya) – “Kopenhagen” (Danimarka)
C qrupu
23:45. “Anderlext” (Belçika) - “Benfika” (Portuqaliya)
23:45. PSJ (Fransa) – “Olimpiakos” (Yunanıstan)
D qrupu
21:00. MOİK (Rusiya) - “Bavariya” (Almaniya)
23:45. “Mançester Siti” (İngiltərə) – "Viktoriya" (Çexiya)

1 | Çelsi | 4 | 3 | 0 | 1 | 11-2 | 9 |
2 | Şalke | 4 | 2 | 0 | 2 | 4-6 | 6 |
3 | Bazel | 4 | 1 | 2 | 1 | 4-4 | 5 |
4 | Styaua | 4 | 0 | 2 | 2 | 2-9 | 2 |
F qrupu
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Napoli” (İtaliya)
23:45. “Arsenal” (İngiltərə) - “Marsel” (Fransa)
1 | Arsenal | 4 | 3 | 0 | 1 | 6-3 | 9 |
2 | Napoli | 4 | 3 | 0 | 1 | 7-6 | 9 |
3 | Borussiya | 4 | 2 | 0 | 2 | 6-4 | 6 |
4 | Marsel | 4 | 0 | 0 | 4 | 4-10 | 0 |
G qrupu
21:00. "Zenit" (Rusiya) - "Atletiko" (İspaniya)
23:45. "Porto" (Portuqaliya) - "Austriya" (Avstriya)
1 | Atletiko | 4 | 4 | 0 | 0 | 12-2 | 12 |
2 | Zenit | 4 | 1 | 2 | 1 | 3-4 | 5 |
3 | Porto | 4 | 1 | 1 | 2 | 3-4 | 4 |
4 | Austriya | 4 | 0 | 1 | 3 | 0-8 | 1 |
H qrupu
23:45. “Ayaks” (Hollandiya) - “Barselona” (İspaniya)
23:45. “Seltik” (Şotlandiya) - “Milan” (İtaliya)
1 | Barselona | 4 | 3 | 1 | 0 | 9-2 | 10 |
2 | Milan | 4 | 1 | 2 | 1 | 5-5 | 5 |
3 | Ayaks | 4 | 1 | 1 | 2 | 3-7 | 4 |
4 | Seltik | 4 | 1 | 0 | 3 | 2-5 | 3 |
27 noyabr
A qrupu
23:45. "Bayer" (Almaniya) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "Şaxtyor" (Ukrayna) – "Real Sosyedad" (İspaniya)
1 | Mançester Y | 4 | 2 | 2 | 0 | 6-3 | 8 |
2 | Bayer | 4 | 2 | 1 | 1 | 8-5 | 7 |
3 | Şaxtyor | 4 | 1 | 2 | 1 | 3-5 | 5 |
4 | Real Sosyedad | 4 | 0 | 1 | 3 | 1-5 | 1 |
B qrupu
23:45. “Real” (İspaniya) - “Qalatasaray” (Türkiyə)
23:45. “Yuventus” (İtaliya) – “Kopenhagen” (Danimarka)
1 | Real M | 4 | 3 | 1 | 0 | 14-4 | 10 |
2 | Qalatasaray | 4 | 1 | 1 | 2 | 6-10 | 4 |
3 | Kopenhagen | 4 | 1 | 1 | 2 | 3-8 | 4 |
4 | Yuventus | 4 | 0 | 3 | 1 | 6-7 | 3 |
C qrupu
23:45. “Anderlext” (Belçika) - “Benfika” (Portuqaliya)
23:45. PSJ (Fransa) – “Olimpiakos” (Yunanıstan)
1 | PSJ | 4 | 3 | 1 | 0 | 13-2 | 10 |
2 | Olimpiakos | 4 | 2 | 1 | 1 | 6-5 | 7 |
3 | Benfika | 4 | 1 | 1 | 2 | 3-5 | 4 |
4 | Anderlext | 4 | 0 | 1 | 3 | 1-11 | 1 |
D qrupu
21:00. MOİK (Rusiya) - “Bavariya” (Almaniya)
23:45. “Mançester Siti” (İngiltərə) – "Viktoriya" (Çexiya)
1 | Bavariya | 4 | 4 | 0 | 0 | 12-1 | 12 |
2 | Mançester Siti | 4 | 3 | 0 | 1 | 11-6 | 9 |
3 | MOİK | 4 | 1 | 0 | 3 | 6-12 | 3 |
4 | Viktoriya | 4 | 0 | 0 | 4 | 2-12 | 0 |
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0