AFFA-da liseziyalaşdırmaya dair seminar keçirildi - FOTOSESSİYA
25.11.2013 - 18:02
AFFA-da liseziyalaşdırmaya dair seminar keçirildi - FOTOSESSİYA
Bu gün AFFA-nın inzibati binasında seminar keçirilib. Apasport.az qurumun saytına istinadən xəbər verir ki, seminar AFFA Lisenziyalaşdırma qrupunun üzvlərinin iştirakı ilə Topaz Premyer Liqası və I dəstə klublarının nümayəndələri üçün maliyyə, infrastruktur, idman, kadr-inzibati və hüquq meyarları üzrə olub.

Seminarda qeyd olunan meyarlar üzrə müvafiq sənədlər təqdim olunub, ötən lisenziyalaşdırma mövsümü ilə müqayisədə edilmiş əlavə və dəyişikliklər diqqətə çatdırılıb, müvafiq tövsiyələr verilib.