Mustafa Dənizlinin köməkçiləri bəlli oldu
25.11.2013 - 18:15
“Xəzər Lənkəran”la iki illik müqavilə bağlayacaq Mustafa Dənizlinin köməkçiləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın sabiq çalışdırıcısı Con Toşakın yardımçıları – Emin Quliyevlə Covanni Melkiorre, eləcə də, qapıçılarla işləyən Hafiz Əliyev işini davam etdirəcək.
Cənub klubunun yeni baş məşqçisi özü ilə yalnız bir köməkçi gətirir ki, bu da Türkiyə millisinin sabiq məşqçisi Oğuz Çətindir. Son olaraq “Boluspor”a rəhbərlik edən 50 yaşlı mütəxəssis Topaz Premyer Liqasının sonuncu turu çərçivəsində keçirilən “Bakı” – “Xəzər Lənkəran” görüşünü (3:0) tribunadan izləyənlər arasında idi.
Qeyd edək ki, Con Toşakın istefasından sonra “Xəzər Lənkəran”ın məşqçilər korpusunda yalnız bir dəyişiklik olub. Uelsli çalışdırıcı oğlu və eyni zamanda köməkçisi olan Aleksis Plazanı da özü ilə aparıb.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0