“Qalatasaray” Rieradan canını qurtarır
25.11.2013 - 20:50
Qış transfer pəncərəsi yaxınlaşdıqca Türkiyə Superliqasında son mövsümün qalibi olan “Qalatasaray”dan gedən futbolçular da dəqiqləşir. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, “sarı-qırmızılılar” ötən mövsümdən bəri göndərmək istədiyi futbolçusu Albert Riera ilə yolları ayırır.
Belə ki, 31 yaşlı yarımmüdafiəçini “Betis” və “Anderlext” heyətinə qatmaq istəyir. İllik 2.9 milyon avro maaş alan və bu səbəbdən də İstanbul təmsilçisini indiyə kimi tərk etmək istəməyən ispan futbolçu bu dəfə ayrılmaq qərarına gəlib. Belçika mətbuatına açıqlama verən Riera “Anderlext”dən rəsmi təklif almadığını, amma bu klubda çıxış etmək istədiyini bildirib.
Ölkəsi İspaniyanın “Betis” klubu isə futbolçunu icarə əsasında heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Riera 2010-cu ildə Yunanıstan təmsilçisi “Olimpiakos”dan 3 milyon avro qarşılığında “Qalatasaray”a transfer olunmuşdu.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0